XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqada XIV turun oyunları başa çatdı
İdman 22:27 / 05.03.2025
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XIV turun oyunları keçirilib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turun hər üç oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. 
Günün ilk oyununda "Azərreyl" klubu MOİK komandasına 3:0 hesabı ilə qalib gəlib.
Ardınca "Murov Az Terminal” və "Xilasedici” klubları meydana çıxıb. Gərginliyi ilə yadda qalan bu qarşılaşmada qalib tay-brekdə müəyyənləşib. Belə ki, "Xilasedici” 3:2 hesabı ilə "Murov Az Terminal”komandasını məğlub edib. 
Turun son oyunu isə "Neftçi" və "Gənclər" komandaları arasında olub. "Neftçi” gənclərdən təşkil olunmuş rəqibinin ciddi müqaviməti ilə üzləşməsinə baxmayaraq, meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.



14364 oxunub

InvestAZ