XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Regional gənclər və idman idarələrinin fəaliyyəti müzakirə edilib
İdman 21:50 / 05.03.2025

Martln 5-də "İdman həftəsi” çərçivəsində ölkəmizin "İdman Paytaxtı” Qəbələ şəhərində gənclər və idman naziri Fərid Qayıbov regional gənclər və idman idarələrinin rəisləri, Olimpiya İdman Komplekslərinin direktorları, uşaq-gənclər idman məktəbləri (UGİM) və digər tabe təşkilatların rəhbərləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ Mədəniyyət Mərkəzində keçiriləcəktədbirdə əvvəlcə nazir Fərid Qayıbov hər kəsi Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib.

İclasda regional gənclər və idman idarələrinin, idman qurğularının, UGİM-lərin fəaliyyəti, yarışların təşkili və digər məsələlər müzakirə edilib.

Görüşdə Fərid Qayıbov tədbir iştirakçılarını dinləyib və müvafiq tövsiyələr verib.


15248 oxunub

InvestAZ