XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Hər şey bir göz qırpımında baş verir"
İdman 17:21 / 05.03.2025

"Bayer"in baş məşqçisi Xabi Alonso bu gün Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Bavariya" ilə keçiriləcək ilk oyunu haqda danışıb. "Biz yaxşı formadayıq. Onu da başa düşürük ki, Çempionlar Liqası və Bundesliqa tamamilə fərqlidir. Çempionlar Liqasında sona qədər mübarizə aparmasan, kənarda qala bilərsən. Hər şey bir göz qırpımında baş verir", - deyə ispaniyalı baş məşqçi vurğulayıb.

Qeyd edək ki, həmin görüş bu gün Bakı vaxtilə 00:00-da start götürəcək. Cavab oyunu martın 11-də Leverkuzen klubunun arenasında keçiriləcək.


17006 oxunub

InvestAZ