XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan idmançıları xizək yarışında mükafatçılar sırasında yer aldılar
İdman 18:42 / 05.03.2025

Şahdağda keçirilən Avrasiya Dağ Kurortları Festivalı çərçivəsində alyansa üzv dövlətlərin təlimçiləri arasında xizək yarışı təşkil olunub.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın keçirilməsinin məqsədi alyansa daxil olan dövlətlərlə idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ölkələr arasında təcrübə mübadiləsi aparmaq, xizək və snoubord idman növlərinə marağı artırmaqdır.

Turnirdə "Şahdağ”, Özbəkistanın "Amirsoy”, Qazaxıstanın "Şımbulak” və "Oy Qaraqay”, Rusiyanın "Roza-Xutor” dağ kurortlarının 50-ə yaxın xizəkçisi slalom üzrə birincilik uğrunda mübarizə aparıblar. İştirakçılar arasında azərbaycanlı təlimçilərdən Mariya Şerstyuk gümüş, Nurlan Abdulov bürünc medal qazanıb.

Yarışın sonunda qaliblər kubok və medallarla təltif edilib, onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.


17385 oxunub

InvestAZ