XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya mükafatçımızın daha bir cüdo zalı fəaliyyətə başlayıb
İdman 15:40 / 05.03.2025
Cüdo üzrə Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovun rəhbərlik etdiyi "Orujov Academy”nin ikinci cüdo zalı fəaliyyətə başlayıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, digər rəsmi şəxslər və tanınmış idmançılar iştirak edib. 
Cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə uşaqların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Bundan başqa, valideynlər üçün gözləmə zonası, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.

15307 oxunub

InvestAZ