XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: 1/8 finalın ilk oyunlarına start verilib
İdman 02:12 / 05.03.2025

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. İlk oyun günündə azarkeşlər 4 oyuna şahidlik ediblər

Günün ilk qarşılaşması Belçikada təşkil olunub. Yerli "Brügge" klubu doğma meydanİngiltərənin "Aston Villa" komandası ilə qarşılaşıb. Oyun İngiltərə təmsilçisinin 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda London klubu"Arsenal"NiderlanddaPSV-ni darmadağın edib -1:7.

Günün mərkəzi qarşılaşması sayılan Madrid derbisində isə "Real" doğma meydanda"Atletiko"nu minimal fərqlə üstələyib. Oyun "Kral klubu"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb."Borussiya" (Dortmund, Almaniya) klubu isə doğma azarkeşlər önündə "Lill"in (Fransa) müqavimətini qıra bilməyib -1:1.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları bu gün keçiriləcək. .


14612 oxunub

InvestAZ