XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçumuzdan uğurlu başlanğıc
İdman 12:01 / 04.03.2025

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu "Adriatik incisi” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

54 kiloqram çəkidə mübarizə aparan Zidan Hümbətov 1/8 finalda qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb. O, rəqibini 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. Z. Hümbətov növbəti görüşündə qırğızıstanlı İlgiz Korqonbayevlə gücünü yoxlayacaq. Döyüş martın 6-da olacaq.

Qeyd edək ki, martın 9-da başa çatacaq yarışa Azərbaycan millisi 3 oğlan, 4 qız boksçu ilə yollanıb.


14644 oxunub

InvestAZ