XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ötən ay beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüş olub
İdman 19:21 / 04.03.2025

"İdman həftəsi" çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Ardınca "Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarxlar nümayiş olunub. Atletika, batut gimnastikası, kişi idman gimnastikası, tamblinq, cüdo, güllə atıcılığı, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi, taekvondo, stolüstü tennis, parabadminton, savat assault, savat kombat, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.


15935 oxunub

InvestAZ