XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Niyaməddin Paşayev: “İdmanda əziyyəti olanların hamısını bayram münasibəti ilə təbrik edirəm”
İdman 21:10 / 04.03.2025
"5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idman ictimaiyyətinin nümayəndələrini təbrik edirəm”.
Bu sözləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev "Hərbi Qənimətlər Parkı”nda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə MOK-un təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası zamanı deyib.
Dünya çempionu idman günü ilə bağlı aksiyada keçmiş idmançı və Dövlət Sərhəd Xidmətinin nümayəndəsi kimi iştirak etdiyinə görə qürur duyduğunu bildirib:
"2024-cü ildə uğur qazanmış idmançıları, onların məşqçilərini təbrik edirəm. 5 mart biz idmançıların və idman xadimlərinin bayramıdır. İdmanda əziyyəti olanların hamısını bayram münasibəri ilə təbrik edir, onlara 2025-ci ildə uğurlar arzulayıram. Bu gün belə bir aksiyada iştirak etdiyimə görə sevinirəm.”

14286 oxunub

InvestAZ