XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çingiz Hüseynzadə: "Rəşadətli ordumuzun zəfərini idmançıların əldə etdikləri nailiyyətlərlə bir araya gətirməyə çalışmışıq"​​​​​​​
İdman 14:48 / 04.03.2025

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Hərbi Qənimətlər Parkı"nda keçirilən ağacəkmə aksiyasından sonra KİV nümayəndələrinə müsahibə verib. O, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü müasibətilə təşkil olunan bu tədbirin əhəmiyyətindən danışıb:

"Sabah Azərbaycanda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü təntənəli surətdə qeyd olunacaq. Artıq bir neçə gündür ki, silsilə tədbirlərə start verilib. Milli Olimpiya Komitəsi də bu əlamətdar gün münasibətilə "Hərbi Qənimətlər Parkı"nda ağacəkmə aksiyası təşkil edib. Bilirsiniz ki, qarşıdan bahar gəlir. Təbiət oyanır, torpaq dirçəlir. Ağac əkmək həyatın dirçəlməsinə bir işarədir. Xalqımız üçün gözəl günlər hələ qarşıdadır. Biz Milli Olimpiya Komitəsi olaraq bu aksiyanı 44 günlük Vətən müharibəsinin beşinci və 5 Mart - Bədən Tərbiyəsi və İdman gününün 20-ci illiyinə həsr etmişik. Bu tədbirdə Azərbaycanın görkəmli idmançıları da yer alıblar. Onların hər biri bu tədbirə böyük sevinclə qoşulublar.

"Hərbi Qənimətlər Parkı" bizim qürur yerimiz, düşmən üzərində böyük qələbənin nümunəsidir. Biz əminik ki, bura gələcək nəsillərə də miras qalan bir əraziyə çevriləcək. Bu tədbirlə rəşadətli ordumuzun zəfərini idmançıların əldə etdikləri nailiyyətlərlə bir araya gətirməyə çalışmışıq. İdmançılarımız da hər zaman bu xalqımıza sevinc bəxş ediblər. Hər birinizi bu möhtəşəm bayram münasibətilə təbrik edirəm".


14884 oxunub

InvestAZ