XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Mansurov: "Əkdiyimiz ağaclar təbiətə yaşıllıq, insanlara isə sağlamlıq bəxş edəcək"
İdman 15:18 / 04.03.2025

"5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ağacəkmə aksiyasınını təşkili hələ uzun illər yaddaşlarda qalacaq".

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionuFərid Mansurov Bakının Xətai rayonundakı "Hərbi Qənimətlər Parkı”nda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə MOK-un təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası zamanı deyib.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Azərbaycan idman ictimaiyyətini təbrik edən Olimpiya çempionu Azərbaycanın veteran idmançılarının idman günündə belə bir aksiyada bir araya gəlməsinin xoş olduğunu deyib.

"Bədən Tərbiyəsi və İdman Gününün 20 illiyi şərəfinə bu aksiya həyata keçirilir. Bu münasibətlə idman ictimaiyyətinin nümayəndələri qəhrəmanlıq nümunəsi olan "Hərbi Qənimətlər Parkı"nda bir araya toplaşıblar. Veteran idmançı olaraq, ağacəkmə aksiyasında iştirak etdiyimə görə çox sevinirəm. Bu tədbirin keçirilmə təşəbbüsü Milli Olimpiya Komitəsi tərəfindən irəli sürülüb. Əkdiyimiz ağaclar təbiətə yaşıllıq, insanlara isə sağlamlıq bəxş edəcək. İdmanın özü də sağlam həyat tərzinin nümunəsidir. Biz zamanında bundan yararlanmışıq. İndi növbə bizdən sonrakı nəsillərə düşür. İnanırıq ki, Azərbaycanda sağlam və etibarlı bir nəsil formalaşacaq, bizim bu ənənələri uğurla davam etdirəcəklər", - deyə Fərid Mansurov bildirib.


14001 oxunub

InvestAZ