XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
İdman 14:39 / 04.03.2025
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə Bakının Xətai rayonundakı "Hərbi Qənimətlər Parkı”nda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman ictimaiyyətinin, Deflimpiya Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və könüllülər iştirak ediblər.
Ölkəmizdə ekologiyanın və ətraf mühitin mühafizəsi Azərbaycan dövlətinin qarşısında duran əsas istiqamətlərdən biridir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, ətraf mühitin sağlamlaşdırılması, insanların sağlam təbii şəraitdə yaşamasına xüsusi diqqət göstərilir.
"Çempionlar Xiyabanı”nın yaradılması məqsədilə aksiyada 100 ədəd Eldar şamı ağacı əkilib. Əkilən ağac tingləri suvarılıb və qulluq göstərilib.
Sonda aksiya iştirakçıları xatirə şəkli çəkdiriblər.

13945 oxunub

InvestAZ