XƏBƏR LENTİ
04 Mart 2025
03 Mart 2025
02 Mart 2025
01 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025



Millimiz qitə çempionatını 8-ci pillədə başa vurdu
İdman 11:14 / 03.03.2025

Türkiyənin Antalyaşəhərindəkeçirilən qılıncoynatma üzrəgənclərin Avropa birinciliyinəyekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,son yarış günündə şpaqa qızların və sablya oğlanların komanda yarışında qaliblər müəyyənləşib. Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət millimiz komanda yarışında 8-ci olub.İlk görüşündə İspaniya yığmasına 45:42 hesabı ilə qalib gələn millimiz ən güclü səkkizlikdə turnirin gümüş medalçısı Fransa seçmə kollektivinə 29:45 hesabı ilə məğlub olub. Komandamız 5-8-ci yerlər uğrunda keçirilən qarşılaşmalarda Almaniya və Rumıniya millilərinə 41:45 hesab ilə uduzub.

Xatun Bayramova, Aynur Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimovadan ibarət şpaqa üzrə millimiz isə qızların komanda yarışında 14-cü olub.

Komandamız ilk görüşündə turnirin finalçısı Macarıstan yığmasına 34:45 hesabı ilə uduzub.

9-16-c yerlər uğrunda keçirilən görüşlərdə Türkiyə millisinə 31:45 hesabı ilə məğlub olan şpaqaçılarımız son qarşılaşmada isveçrəli rəqiblərinə 41:45 hesabı ilə uduzublar.



221 oxunub

InvestAZ