XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“İdman həftəsi” çərçivəsində könüllü qanvermə aksiyası keçirilir
İdman 10:38 / 03.03.2025

"5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş "Qan ver, həyat xilas et!” şüarı altında idman ictimaiyyətinin könüllü qanvermə aksiyası keçirilir.

"İdman həftəsi" çərçivəsində Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda təşkil olunan aksiyaya idman qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər, İdman Akademiyasının əməkdaşları və digər kateqoriyadan olan insanlar iştirak edirlər. 

Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilir.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.


13969 oxunub

InvestAZ