XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İsveçli atlet dünya rekordunu 11-ci dəfə yenilədi
İdman 23:16 / 01.03.2025

Atletika üzrə İsveçi təmsil edən ikiqat Olimpiya çempionu Armand Düplantis şüvüllə tullanma üzrə dünya rekordunu yeniləyib.

O,bu uğuruna Fransanın Kleremon şəhərində keçirilən turnirdə nail olub. 26 yaşlı atlet i 6.27 metr hündürlüyü aşaraq növbəti uğuruna imza atıb. Bununla da o, 11-ci dəfə dünya rekordunu yeniləyib.

Qeyd edək ki, əvvəlki rekord (6.26 metr) onun tərəfindən 2024-cü ilin avqustunda Polşanın Sileziya şəhərində keçirilən "Brilyant Liqa" mərhələsində qeydə alınmışdı.

Atletika idman növü üzrə tarixin ən titullu şüvüllə tullanma ustalarından biri sayılan idmançı Tokio və Paris Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, bundan başqa iki dəfə dünya, üç dəfə isə Avropa çempionu titullarına da sahib çıxıb.



15434 oxunub

InvestAZ