XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ölkə birinciliyi Gəncədə keçiriləcək
İdman 18:34 / 02.03.2025

Martın 3-dən 6-dək sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış ilk dəfə Gəncə şəhərində təşkil ediləcək. Gəncə İdman Sarayı ilk dəfə bir güləş yarışına ev sahibliyi edəcək.

Birinciliyi beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Onların arasında Türkiyə və Gürcüstandan dəvət edilmiş hakimlər də yer alacaq.

Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.



14684 oxunub

InvestAZ