XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Altıqat Olimpiya çempionu karyerasını başa vurdu
İdman 23:33 / 26.02.2025

Qadın basketbolçulardan ibarət ABŞ millisinin üzvü olan altıqat Olimpiya çempionu Diana Taurasi karyerasını başa vurub. Bu barədə 42 yaşlı idmançı özü məlumat verib.

O, yeni mövsümə hazırlaşmaq üçün enerjisinin qalmadığını etiraf edib: "Artıq gücüm yoxdur. Bunu hiss edəndə başa düşdüm ki, getməyin vaxtıdır. Fiziki və mənəvi cəhətdən yorğunam. Mən idmandan doymuşam və xoşbəxtəm".

Qeyd edək ki, Diana Taurasi komanda idman növləri üzrə yeganə altıqat Olimpiya və üçqat dünya çempionudur. Bununla da o, Olimpiadada ən çox medal qazanan basketbolçu adına sahib çıxıb.


12811 oxunub

InvestAZ