XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gənc boksçularımız üçün yeni sınaq
İdman 12:54 / 03.03.2025

Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu "Adriatik incisi” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimiz həm oğlanların, həm də qızların yarışında mübarizə aparır. Komandamız oğlanların yarışında Elbrus Rzayevlə Ceyhun Abiyevin rəhbərliyi altında turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərovla (+92 kq) təmsil olunur.

Qız boksçuların mübarizəsində isə Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) qüvvəsini sınayır.

"Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alıb.

Qeyd edək ki, turnirə martın 9-da yekun vurulacaq.


14469 oxunub

InvestAZ