XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gənc badmintonçularımız beynəlxalq turnirdə 6 medal qazandılar
İdman 13:48 / 27.02.2025

Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Junior Future" seriyalı beynəlxalq turnirdə 2 gümüş, 4 bürünc medal qazanıblar.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 19 yaşadək badmintonçular arasında təşkil olunan yarışda Ülvi Hüseynov oğlanların şəxsi mübarizəsində 3-cü yeri tutub.

Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva turnirin gümüş medalına layiq görülüb.

Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb. Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov - Həcər Nuriyeva və Ülvi Hüseynov - Leyla Camalzadə tandemi "Uganda Junior International 2025" turnirində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib. Qızların qoşa yarışında isə Leyla Camalzadə - Həcər Nuriyeva qoşası gümüş mükafata sahib çıxıb.

Daha bir badmintonçumuz Diki Pangestu isə "Uganda International Challenge 2025" turnirində şəxsi kateqoriyada gümüş medal qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan idmançı finala kimi irəliləməyi bacarıb.

Qeyd edək ki, Azərbaycan badmintonçularının da qatıldığı Uqandada keçirilən beynəlxalq turnirlərdə ev sahibi ilə yanaşı, Türkiyə, İtaliya, Hindistan, İsveçrə, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, BƏƏ, Malayziya, İndoneziya, Misir və Mərakeşi təmsil edən badmintonçular iştirak ediblər.


14538 oxunub

InvestAZ