XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha 2 boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı
İdman 10:38 / 27.02.2025

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə "Strandja” turniri davam edir.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yarışda iştirak edən boks üzrə millimizin daha 2 boksçusu turnirə qələbə ilə başlayıb.

75 kq çəki dərəcəsində çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. M.Kazımzadə 1/4 finalda özbəkistanlı Cavohir Ummataliyevlə qarşılaşacaq.

Komandamızın digər üzvü Sərxan Əliyev (71 kq) isə 1/8 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Boksçumuz növbəti mərhələdə qazaxıstanlı Farux Toxtassunovu sınağa çəkəcək.

Turnirə martın 2-də yekun vurulacaq.



15944 oxunub

InvestAZ