XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tomas Bax BOK prezidentliyindən istefa verdi
İdman 00:38 / 27.02.2025

Fevralın 26-da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurası Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın istefa ərizəsini qəbul edib. 

 

BOK-un mətbuat xidmətindən verilən məlumata görə, qərar iyunun 23-dən, öz səlahiyyətlərini yeni prezidentə təhvil verdikdən sonra qüvvəyə minəcək.

 

Beynəlxalq Olimpiya Komitəsinin prezidentliyinə seçkilər martın 20-də Yunanıstanın Kosta Navarino şəhərində təşkilatın 144-cü sessiyası zamanı baş tutacaq. BOK-un prezidentliyinə 7 nəfər - Sebastyan Koe (Beynəlxalq Atletika Federasiyasının prezidenti), Morinari Vatanabe (Beynəlxalq Gimnastika Federasiyasını prezidenti), David Lapartian (Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti), Yohan Elias (Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti), Xuan Antonio Samaranç-kiçik (Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti), Faysal Əl-Hüseyn (BOK-un İcraiyyə Şurasının üzvü) və Kirsti Koventri (üzgüçülük üzrə ikiqat Olimpiya çempionu) namizəddir.

 

Tomas Bax 1991-ci ildə BOK-un, 1996-cı ildə isə BOK İcra Şurasının üzvü seçilmişdir. O, əvvəllər Almaniya Olimpiya İdman Konfederasiyasının prezidenti (2006-2013), İdman arbitraj məhkəməsinin Apelyasiya Komitəsinin sədri vəzifələrində çalışıb. Qılıncoynatmanın rapira növü üzrə komanda yarışlarında 1976-cı il Yay Olimpiya Oyunlarının və 1977-ci il dünya çempionatının qalibi olub.

 

Tomas Bax 10 sentyabr 2013-cü ildə BOK-un prezidenti seçilmişdi.


14658 oxunub

InvestAZ