XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımızın Rumıniya sınağı 9 medalla yadda qaldı
İdman 10:39 / 24.02.2025

Rumıniyada gənc boksçular arasında keçirilən "Drakula Open” beynəlxalq turnirinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 23 ölkənin iştirak etdiyi yarışı Azərbaycan millisi 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Komandanın heyətində Bilalhəbaşi Nəzərov (51 kq) finalda Maksim Maşevskini (Ukrayna) sınağa çəkib. 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn boksçu birinci yeri tutub.

Zidan Hümbətov (54 kq) ukraynalı Oleksandr Paşiçenkodan güclü olub. O, həlledici görüşdə 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sübhan Babayev (57 kq) finalda Stefan Udroiu (Rumıniya) ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.

Məhəmməd Cəfərov (+92 kq) isə final görüşünün taleyini ilk raundda öz xeyrinə bitirib. Denis Cucuya (Rumıniya) tam üstünlüklə qalib gələn idmançı millimizin qızıl medal sayını 4-ə yüksəldib.

Digər boksçulardan Hikmət Məmmədov (48 kq) gümüş, Baqir Əmirxanlı (60 kiloqram), Abbasqulu Şadlinski (75 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüseynli (92 kq) bürünc medal qazanıb.

"Drakula Open”i 9 mükafatla başa vuran Azərbaycan yığması komanda hesabında ikinci olub.


16050 oxunub

InvestAZ