XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Zirə" və "Birbaşa Bakı" Azərbaycan çempionatının finalında üz-üzə gələcək
İdman 09:50 / 20.02.2025

Minifutbol üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinə yekun vurulub. Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iki oyundan ibarət olan bu mərhələdə "Zirə” komandası "Aznur”dan üstün olub -4:2 (ilk matç - 2:0). "Birbaşa Bakı" kollektivi isə "Qalaksi"ni 3:0 (ilk matç - 2:1) hesabı ilə üstələyərək həlledici mərhələyə vəsiqə qazanıb.

Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında təşkil olunub.

Qeyd edək ki, "Zirə" və "Birbaşa Bakı" komandaları arasında final görüşü martın 11-də keçiriləcək.


14566 oxunub

InvestAZ