XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Feynord”, “Brügge”, “Bavariya” və "Benfika" 1/8 finalda
İdman 02:11 / 19.02.2025

Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına start verilib. İlk oyun günündə dörd qarşılaşma təşkil olunub. Meydana əvvəlcə "Milan” (İtaliya) və "Feynord” (Niderland) komandaları çıxıb. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk oyun Niderland təmsilçisinin - 0:1 hesabı ilə başa çatdığına görə "Milan” mübarizəni dayandırıb.

Günün digər oyunlarında Belçikanın "Brügge” klubu səfərdə İtaliyanın "Atalanta” klubunu 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Bu komandalar arasında ilk oyun Belçika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniyanın "Bavariya” klubu isə doğma meydanda "Seltik”lə heç-heçə edib. Bundestim ilk oyunda qazandığı 2:1 hesablı qələbə sayəsində 1/8 finala vəsiqə əldə edib. "Benfika" (Portuqaliya) - "Monako" (Fransa) görüşündə də heç-heçə qeydə alınıb. Lakin "Benfika”nın ilk oyunda qazandığı minimal hesablı qələbə (1:0) portuqaliyalıları növbəti mərhələyə daşıyıb.

1/8 finala yüksələn daha 4 komandanın adına bu gün aydınlıq gələcək.


14504 oxunub

InvestAZ