XƏBƏR LENTİ
12 Mart 2025
11 Mart 2025
10 Mart 2025
09 Mart 2025



Bakıda "Böyük dəbilqə" turnirinə start verilir
İdman 09:57 / 14.02.2025

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.

36 ölkədən 258 (166 kişi, 92 qadın) idmançının iştirak edəcəyi yarışda Azərbaycan komandası 32 idmançı ilə təmsil olunur.

Milli Gimnastika Arenasında təşkil olunacaq yarışın ilk günündəAzərbaycanın 12 təmsilçisi tatami üzərinə çıxacaq.

Kişilərin mübarizəsindəƏhməd Yusifov, Murad Muradlı, Balabəy Ağayev (hamısı -60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Yelkiyev və Elşən Əsədov (-66 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isəLeyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı -48 kq), Fidan Qasımova, Fidan Əlizadə (hər ikisi -57 kq) qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinə fevralın 16-da yekun vurulacaq.



2178 oxunub

InvestAZ