XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Spiros Kapralos: "Festival üçün qurulan infrastruktur əbədi miras qalır"
İdman 15:05 / 13.02.2025

Bakurani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalı çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Avropa Olimpiya Komitələrinin (AOK) rəhbəri Spiros Kapralos festivalın gələcək irsinin qorunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. O, Gürcüstanda keçirilən festivalın təşkilini yüksək qiymətləndirib.
"Festivala ev sahibliyi edən ölkələr bu yarışları uğurla təşkil etməklə ölkələrində idmana olan marağı daha da artırır, inkişaf üçün yeni imkanlar əldə edirlər.Festival üçün qurulan infrastruktur əbədi miras qalır. Gürcüstan artıq qış idmanında yer alan ölkələr xəritəsindədir», - deyə o bildirib.
AOK-un rəhbəri 2027-ci ildə İstanbulda keçiriləcək Avropa Oyunlarının təşkilatçılığından da danışıb. Müzakirə zamanı qeyd olunub ki, 2010- cu ildə Vankuverdə faciəvi şəkildə həlak olan gürcüstanlı idmançı Nodar Kumaritaşvilinin xatirəsinə mükafatın yaradılması elan edilib. "Biz qərara gəldik ki, mərhum idmançının xatirəsi üçün bu Festivalda ən yaxşı kişi və qadın idmançıya mükafat təqdim edək”, - deyə Kapralos bildirib.
Xatırladaq ki, Bakurani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalında 48 ölkədən 1000-ə yaxın idmançı mübarizə aparır. Qış idmanı üzrə 8 növdə (dağ xizəyi, biatlon, xizək yarışı, buz hokkeyi, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə) mübarizyə fevralın 16-da yekun vurulacaq.



16606 oxunub

InvestAZ