XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Teymur Rəcəbovun səhhətində problem yarandı, yarışdan imtina etdi
İdman 14:49 / 13.02.2025

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı şahmat üzrə ölkə çempionatında mübarizəni dayandırıb.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. 37 yaşlı şahmatçı yarışın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb. Qrossmeyster sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda mübarizə apara bilməyəcəyini və bunun üzrlü hesab edilməsini bildirib.

Qeyd edək ki, Teymur Rəcəbov üçüncü yer uğrunda görüşdə Misrətdin İskəndərovla qarşılaşacaqdı.



15271 oxunub

InvestAZ