XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Taekvondo Federasiyasına Türkiyədə xatirə hədiyyəsi təqdim olunub
İdman 16:01 / 11.02.2025

Türkiyənin Antalya şəhərində G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirinin (Turkish Open) açılış mərasimi keçirilib. 
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə Türkiyə Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən Azərbaycan Taekvondo Federasiyasına xatirə hədiyyəsi təqdim olunub.
Dünən həmçinin yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən "Kristal Abşeron” klubunun yetirməsi Ülvi Məmmədov (37 kq) gümüş medala layiq görülüb. Finala gedən yolda idmançımız 5 rəqibi üzərində qələbə qazanaraq həlledici qarşılaşmada türkiyəli taekvondoçuya məğlub olub.
Bu gün yarışda böyükyaşlı taekvondoçularımız mübarizəyə qoşulublar. Böyüklər arasında qarşılaşmalara sabah yekun vurulacaq. Fevralın 13-14-də isə gənclər tatami üzərində mübarizə aparacaqlar.


17539 oxunub

InvestAZ