XƏBƏR LENTİ
02 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



İlk dəfə “İnsanlar robotlara qarşı” yarımmarafon keçiriləcək
İdman 16:14 / 06.02.2025

Yeni texnologiyaları ilə dünyanı heyrətləndirməkdə davam edən Çin bu dəfə də daha bir yeniliklə gündəmə gəlib.

"Beijing daily X" sosial şəbəkəsində yer alan xəbərə görə, Olimpiya Oyunlarının uğurlu təşkilatçılarından olan Pekin şəhəri bu dəfə "İnsanlar robotlara qarşı” yarımmarafon təşkil etmək ideyası ilə gündəmə gəlib. Aprel ayında keçirilməsi planlaşdırılan yarımmarafon robot texnikasının inkişafında yeni addım olacaq.

Qeyri-adi idman tədbirində təkcə insanlarla yanaşı, robotlar da 21 km məsafəyə qaçışda mübarizə aparacaq.

12 minə yaxın idmançının iştirakı ilə keçiriləcək yarışda robot iştirakçılar üçün əsas şərt yalnız iki ayağın və hündürlüyün 50 sm-dən 2 m-ə qədər olmasıdır.

Qeyd edək ki, Pekin şəhəri daha əvvəl ateltika üzrə də buna bənzər yarış təşkil etmişdi.

Pekində bundan başqa digər idman növləri üzrə də robot idman yarışlarının keçirilməsi planlaşdırılır.


6408 oxunub

InvestAZ