XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025



AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş olub
İdman 14:18 / 05.02.2025

Almaniyanın Milli Antidopinq Agentliyi (NADA Almaniya) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi arasında Bonn şəhərində fikir mübadiləsi məqsədilə görüş keçirilib.

AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə strategiyalar, təhqiqat və araşdırmalar sahəsində ən yaxşı təcrübələrin mübadiləsi haqqında müzakirələr aparılıb.

NADA Almaniya AMADA-nın təhqiqat və araşdırmalar sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsinə fəal dəstək göstərir.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) "WADA Partner Proqramı” çərçivəsində ötən il NADA Almaniya və AMADA tərəfdaşlığa başlayıb. Bu proqramın məqsədi dünyada antidopinq sahəsində vahid standartların təşviq edilməsidir.


227 oxunub

InvestAZ