XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AFFA-nın yeni baş katibinin adı açıqlanıb
İdman 22:11 / 03.02.2025

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Bir sıra mühüm qərarların qəbul edildiyi iclasda AFFA-nın baş katibi vəzifəsinə yeni təyinat olub. Belə ki, Cahangir Fərəcullayevin qurumun yeni baş katibi təyin edilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Cahangir Fərəcullayev 1981-ci ildə Bakı şəhərində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomları ilə bitirib.

O, 2004-2019-cu illərdə Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.

2019-2020 illərdə "Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər "Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.



16410 oxunub

InvestAZ