XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya Kubokunda iştirak edəcək gimnastlarımız müəyyənləşib
İdman 11:48 / 03.02.2025

Fevralın 22-23-də Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda çıxış edəcək Azərbaycan idmançıları müəyyənləşib.

u barədəAzərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ölkəni qadınlar arasında Dünya Kubokunun gümüş mükafatçısı, FIG Kubokunun sahibi Selcan Mahsudova və batut gimnastikası üzrə 6-cı Bakı birinciliyinin qalibi Şəfiqə Hümbətova, kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi, beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış), Avropa çempionu Əli Niftəliyev təmsil edəcək.

Yarışda ilk dəfə batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər mübarizə aparacaq.

Tamblinq üzrə yarışa isə komanda hesabında dünya çempionları Tofiq Əliyev və Adil Hacızadə, Avropa çempionatının komanda hesabında qalibi Hüseyn Əsədullayev və beynəlxalq turnirlərin qalibi Aleksey Karataşov qatılacaq.

Qeyd edək ki, Dünya Kubokunda 16 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparacaqlar.



16180 oxunub

InvestAZ