XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Hidayət Heydərov ilin ən yaxşı kişi idmançısı, Riçard Trautman isə kişi komanda məşqçisi seçilib
İdman 20:27 / 02.02.2025

Cüdo üzrə Olimpiya çempionumuz Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası tərəfindən "İlin kişi cüdoçusu” adına layiq görülüb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat xidmətindən məlumat verilib. Dünya və Avropa çempionumuz bununla bağlı sevinc təəssüratlarını bölüşüb: "Hər kəsi salamlayıram. Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. B, təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda dayanır. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm”.

Qeyd edək ki, Hidayət Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu adını qazanıb.

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən "Ən yaxşı kişi komanda məşqçisi" adına layiq görülüb. O, bununla bağlı hamıya təşəkkür edib: "Möhtəşəm komandamıza dərin minnətdarlığımı bildirirəm. Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz bir komanda ilə çalışmaq mənim üçün böyük şərəf idi. Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram”.



15608 oxunub

InvestAZ