XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



ÇL-də pley-offun püşkatma mərasimi keçiriləcək
İdman 13:15 / 30.01.2025

Sabah bütün futbolsevərlərin diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək. Belə ki, UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Yeni reqlamentə əsasən bu mərhələdə hər klub üçün 2 mümkün rəqibin müəyyənləşib. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatmada Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cütü təşkil edəcək. Finala gedən yolda 9-10-cu yeri tutanlar 23-24-cü, 11-12-ci yerin sahibləri 21-22-ci, 13-14-cü pillədə qərarlaşanlar 19-20-ci, 15-16-cı olanlar isə 17-18-ci yerlərdəki komandalarla üz-üzə gələcəklər. Püşkə əsasən komandalar ev və səfər görüşlərindən sonra növbəti mərhələ üçün mübarizəni davam etdirəcəklər.

Pley-off mərhələsinin mümkün cütləri:

"Monako” (Fransa)/"Brest” (Fransa) - PSJ (Fransa)/"Benfika” (Portuqaliya)

"Sportinq” (Portuqaliya)/"Brügge” (Belçika) - "Atalanta” (İtaliya)/"Borussiya” D (Almaniya)

"Seltik” (Şotlandiya)/"Mançester Siti” (İngiltərə) - "Real” (İspaniya)/"Bavariya” (Almaniya)

"Yuventus” (İtaliya)/"Feyenoord” (Niderland) - PSV (Niderland)/"Milan” (İtaliya)



16400 oxunub

InvestAZ