XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Güləşçilər Azərbaycan çempionatında bir araya gələcək
İdman 11:20 / 26.01.2025

Fevralın 11-dən 14-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, yarış ilk dəfə Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq. AGF-nin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi ölkə çempionatını beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

Turnirin ilk 2 günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan çempionatın görüşləri hər gün saat 10:00-da başlanacaq. Medallar uğrunda qarşılaşmalara isə saat 16:30-da start veriləcək.



15676 oxunub

InvestAZ