XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqada VII turun oyunları keçiriləcək
İdman 11:39 / 21.01.2025

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçiriləcək. Turun bütün oyunları eyni gündə təşkil olunacaq. Tura Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək "Murov Az Terminal” və "Azərreyl" oyunu ilə start veriləcək. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan bir saat sonra UNEC - "Abşeron” oyunu start götürəcək. UNEC Voleybol Klubunun idman zalında keçiriləcək matç saat 17:00-da başlayacaq. Turun son oyunu isə "Milli Aviasiya Akademiyası” və "Gəncə” komandaları arasında olacaq. Saat 18:00-da başlayacaq oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.


14733 oxunub

InvestAZ