Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 35 il ötür. 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bu gün Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, Olimpiya çempionları və MOK-un kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.
511 oxunub