Qadın və kişi voleybolçular arasında Yüksək Liqada VII turun oyunlarının proqramı açıqlanıb. Yanvarın 21-də qadınlar, ayın 22-23-də isə kişilər arasında növbəti turun oyunları keçiriləcək. Qadınların mübarizəsində tura saat 16:00-da başlayan "Murov Az Terminal” - "Azərreyl" oyunu ilə start veriləcək. Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Bu oyundan bir saat sonra UNEC və "Abşeron” komandaları UNEC Voleybol Klubunun idman zalında üz-üzə gələcək. Turun son oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Milli Aviasiya Akademiyası” və "Gəncə” komandaları arasında olacaq. Oyun saat 18:00-da start götürəcək.
Kişilərin mübarizəsində isə ilk oyun yanvarın 22-də "Gənclər” və MOİK komandaları arasında olacaq. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 16:00-da başlayacaq. Gnün digər oyununda "Xilasedici” komandası "Neftçi”ni qəbul edəcək. Saat 16:00-da başlayacaq oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.
Tura yanvarın 23-də keçiriləcək "Azərreyl” - "Murov Az Terminal” oyunu ilə yekun vurulacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək oyun saat 16:00-da başlayacaq.