XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Respublika Olimpiya Mərkəzinin adı dəyişdirilir
İdman 00:14 / 17.01.2025

Paytaxtın tanınmış idman məkanlarından olan Respublika Olimpiya Mərkəzinin adı dəyişdirilir. 

İdman obyektinin adı bundan sonra "Bakı Atletika Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kimi adlandırılacaq. 

Bakı şəhərinin mərkəzi hissəsində - Nərimanov rayonunda, metronun "Gənclik” stansiyasının yaxınlığında yerləşən mərkəz 1982-ci ildən istifadəyə verilib. İdman obyekti 2007-ci ildə tam təmir olunaraq yenidən qurulub. 

Ümumi ərazisi 0,22 hektar olan mərkəzin atletika manejinin uzunluğu 96 metr, eni isə 30 metrdir. Manejin ətrafında 6 qaçış zolağı olan yeni cığırlar (3 dairəvi və 3 düz) quraşdırılıb. Dairəvi zolaqlar müvafiq olaraq 200, 207 və 217 metrdir. Düz qaçış zolaqlarının uzunluğu 100 metrdir. Manej həmçinin baryerlər, şüvüllə və hündürlüyə tullanma üçün müasir avadanlıqlarla təchiz olunub. 


16828 oxunub

InvestAZ