XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub
İdman 16:35 / 13.01.2025

Yanvarın 13-də "Şahdağ" Turizm Mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançılar yarışın son günündə fərdi növ üzrə mübarizə aparıblar. Fərdi növ üzrə qadınlar arasında birinci yerə fransalı Gacet Mollaret layiq görülüb. Onun həmyerlisi Harrop Emily ikinci, avstriyalı Hiemer Cohanna isə üçüncü olub. Kişilər arasında yarışda isə Bonnet Remi (İsveçrə) birinci, Equy Samuel (Fransa) ikinci, Anselmet Tibault (Fransa) isə üçüncü yerə sahib çıxıb.

Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş Katibi Jordi Canals Xizək Alpinizmi üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Yarışda 26 ölkədən - Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edib.

Xizək Alpinizmi üzrə Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsnifat yarışlarından biri hesab edilir.



16825 oxunub

InvestAZ