XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakı çempionatının qalibləri müəyyənləşdi
İdman 11:12 / 12.01.2025

Yanvarın 10-11-də Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı çempionatı keçirilib. Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumat görə, yarış müxtəlif növlər üzrə qaliblər müəyyənləşib. Kişilər arasında 1500 metr məsafəyə qaçış üzrə yarışda Elman Abışov birinci yerə layiq görülüb. 400 metr məsafəyə qaçışda qadınlar arasında Tokio-2020 və Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibu Lamiyə Vəliyeva, kişilər arasında isə Nihat Tağıyev
fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 60 metr məsafəyə qaçışda qadınlar arasında Fatimə Həsənova, kişilər arasında isə Həmid Nəbiyev birinci olub. Qadınlar arasında hündürlüyə tullanma yarışlarında isə Zeynəb Qəmbərova qızıl medala sahib çıxıb. Bu növ üzrə kişilərin mübarizəsində isə Bülbül Babayev çempion adını qazanıb. Nüvə itələmə üzrə qadınlar arasında yarışda Səkinə Hacızadə, kişilər arasında isə İsmayıl Əliyev birinci yeri tutub. Atletikanın üçtəkanla tullanma yarışlarına qadınların mübarizəsində Yekaterina Sarıyeva, kişilərin yarışında isə Rüstəm Məmmədov birinci olub.


18072 oxunub

InvestAZ