XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qasım Murtuza oğlu Həşimov
İdman 15:52 / 08.01.2025

Bu gün beynəlxalq qrossmeyster Vüqar Həşimovun atası, Azərbaycan idmanının inkişafında əvəzsiz xidmətləri olan polkovnik Qasım Həşimov dünyasını dəyişib.

Qasım Murtuza oğlu Həşimov 1949-cu ildə Goranboy rayonunda anadan olub. Uzun illər Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb. Həmin illərdə Mərkəzi Ordu İdman Klubunda müxtəlif idman növlərinin inkişafında böyük xidmətləri olub.

Ailəlikcə idmana böyük sevgisi olan Qasım Həşimov oğlu – şahmat üzrə Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibi Vüqar Həşimovun Azərbaycanın və dünyanın ən güclü şahmatçılarından biri kimi formalaşmasında misilsiz rol oynayıb. Vüqarın şahmat karyerasında onunla birgə addımlayan Qasım Həşimov oğlunun ilk şahmat müəllimi kimi tanınıb.

2014-cü ildən keçirilən və Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə superturnirin Təşkilat Komitəsinə rəhbərlik edib.

2016-cı ildə rəhbərlik etdiyi Vüqar Həşimov Şahmat Akademiyasını yaradıb.

Azərbaycanın əməkdar məşqçisi olan Q.Həşimov 2023-cü ildə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Qasım Həşimov 2025-ci il yanvarın 8-də vəfat edib. Azərbaycan Şahmat Federasiyasının kollektivi mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbr diləyir.

Allah rəhmət eləsin!


17595 oxunub

InvestAZ