XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya rəsmisi beynəlxalq oyuna təyinat alıb
İdman 11:25 / 07.01.2025

Azərbaycan Voleybol Federasiyasının "Təlim və aşağı yaş qrupları üzrə iş” şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən beynəlxalq matça təyinat alıb.

Az'rbaycan Voleybol Federasiyasının mətbuat xidmətindənverilən əlumata görə, N.İsmayılova yanvarın 8-də qadınlar arasında Çempionlar Liqasının B qrupunda keçiriləcək "SSC Palmberg Schwerin” (Almaniya) və "Levallois Paris Saint Cloud” (Fransa) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.

Almaniyanın Şiverin şəhərində təşkil olunacaq qarşılaşmanın hakimləri ispaniyalı Rodriges Maçin Mariya de las Olas və polşalı Miçliç Aqneşkadır.

Qeyd edək ki, N.İsmayılova Avropa Voleybol Konfederasiyasının bayrağı altında keçirilən oyunlarla yanaşı, bu ildən etibarən Beynəlxalq Voleybol Federasiyası tərəfindən keçiriləcək yarışlara da supervayzer kimi təyinat alacaq.


15845 oxunub

InvestAZ