XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İlin ilk şahmat yarışına start verildi
İdman 20:27 / 06.01.2025

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yanvarın 6-da şahmat üzrə I dəstə yarışlarına start verilib.

Açılış mərasimində çıxış edən AŞF-nin I Vitse-prezidenti Faiq Həsənov ilk dəfə olaraq bütün partiyaların internet üzərində canlı təqdim olunduğunu söyləyib.

O, yekunda ən yüksək nəticə göstərəcək şahmatçıların Azərbaycan çempionatında mübarizə aparacağını bildirib.

Respublika Şahmat Mərkəzində təşkil edilən kişi və qadınlar arasında I dəstə yarışları Azərbaycan çempionatına seçmə xarakter daşıyır. Birinci dəstədə kişilər arasında ilk 5 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatına vəsiqə qazanacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 10 min manat təşkil edir. Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafat qazanacaq. I dəstə yarışlarına yanvarın 14-də yekun vurulacaq. Turnirin baş hakimi Lütfiyar Rüstəmovdur.



17526 oxunub

InvestAZ