XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Məşqçi-müəllimlər üçün təşkil edilən kurs başa çatdı
İdman 10:58 / 27.12.2024

Azərbaycan Voleybol Federasiyasının (AVF) Bakıda məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, AVF-nin "1-ci dərəcə” məşqçi kursunda Bakı RVK-nın tərkibinə daxil olan şəhər və rayonlardan 15 məşqçi-müəllim iştirak edib.

Dərslər AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlərə AVF-nin "1-ci dərəcə” sertifikatı təqdim olunub. Bu sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin "Level-1" seminarında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, bundan əvvəl Qəbələ və Sumqayıtda da məşqçi kursları təşkil olunub.


18107 oxunub

InvestAZ