XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan birinciliyi və çempionatının görüşləri matəm günü ilə bağlı təxirə salınıb
İdman 20:09 / 26.12.2024

Yeniyetmə və gənclər arasında taekvondo üzrə ölkə birinciliyinin, böyüklər arasında Azərbaycan çempionatının sabaha təyin olunmuş görüşləri təxirə salınıb.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışlar matəm günü ilə bağlı təxirə salınıb.

Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.


18493 oxunub

InvestAZ