XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Gənclər və İdman naziri: "Futbolumuz yaxşı günlər yaşamır, bunu etiraf etmək lazımdır"
İdman 12:49 / 25.12.2024

"Qarabağ”ı necə inkişaf etdirməyi düşünməliyik, çempionatda rəqabət yaranmalıdır".

Bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, "Qarabağ"ın çıxışına toxunaraq Ağdam təsmilçisinin Premyer Liqada son illər daimi çempion olduğunu qeyd edib. "Bu komandaya rəqib olmalıdır ki, inkişaf etsin. "Qarabağ” elə səviyyədədir ki, Avropa da uduzanda təəssüflənirik. "Qarabağ”ı necə inkişaf etdirməyi düşünməliyik, çempionatda rəqabət yaranmalıdır. Amma geriyə baxsaq, ilk mərhələni keçə bilmədiyimiz günlər də var idi. Bəli, futbolumuz yaxşı günlər yaşamır, bunu etiraf etmək lazımdır. Burada birgə iş olmalıdır. Nazirlik kimi nə etdiyimizi vurğulamaq istəyərdim. Ötən ilin əvvəllərində "Ulduz” Akademiyasını yaratdıq. Bölgələrdən perspektivli uşaqları akademiyaya cəlb edirik. Bakı kəndlərinin birində qalırlar, eyni məktəbə gedirlər və məşq edirlər. Aşağı yaş qruplarından ibarət çempionatlara baxsanız, görərsiniz ki, birinci və ikinci yerlərdə məhz bu akademiyanın komandaları qərarlaşıb. Amma o komandaları beynəlxalq yarışlara yollayanda, məsələn, Rusiyadan olan həmkarları ilə oynayanda böyük fərqlə uduzurlar".

Nazir Azərbaycanda bir neçə beynəlxalq yarış keçirdiklərini söyləyib:

"Azərbaycanda uşaqlar üçün 3-4 beynəlxalq turnir keçirdik. Sonuncu yarış Qubada baş tutdu. Komandalarımız beyəlxalq yarışlara daha çox getməlidirlər. Təəssüflər olsun ki, Qırğızıstanın 15 yaşlı futbolçulardan ibarət kollektivi gəlib bütün komandalarımızı məğlub etdi. Yəni öyrəndik ki, futbolda Qırğızıstanın 15 yaşlı uşaqları bizimkilərdən üstündür. Həmçinin digər turnirdə Belarusun U-15 komandası qalib gəldi. Yarışdan-yarışa komandalarımızda artım hiss olunur. Görünür ki, təcrübə lazımdır. Ona görə də həmin yaş qrupu üzrə komandalar daim yarışlara getməlidirlər. Bundan sonra Azərbaycanda yetişmiş futbolçular görə bilərik. Son illərdə "Qarabağ”ın yerli futbolçuları - Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə, Elvin Cəfərquliyev yaxşı səviyyədədir. Məsələn, Elvin Avropanın güclü çempionatlarında oynayacaq səviyyədə futbolçudur. Təcrübə qazandıqca ustalıq səviyyələri də artır”.


614 oxunub

InvestAZ