XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Fərid Qayıbov: "Yevlaxda yeni idman kompleksi inşa olunacaq"
İdman 12:11 / 25.12.2024

Bizi yaxşı MDB Oyunları gözləyir.

Bu barədə Gənclər və İdman naziri Fərid Qayıbov açıqlama verib.

O, Qarabağda artıq bir neçə beynəlxalq turnirin baş tutduğunu xatırladıb:

"Xankəndidə üç idman tədbiri keçirilib. Şərait yaxşılaşdıqca tədbirlərin sayı artır. III MDB Oyunları üçün Təşkilat Komitəsi yaradılıb. İclaslarımız olub. Hansı idman növlərinin harada olacağı müəyyənləşib. Cənab Prezident də vurğuladı ki, demək olar hər regionda olimpiya kompleksləri var. Bəziləri təmir olunacaq, daha da abadlaşdırılacaq. Bəzi yerlərə yeni idman avadanlıqları alınacaq. Bunlar hamısı mirasdır. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində ölkədə bir neçə idman qurğusu tikildi. Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayını qeyd edə bilərəm. Atıcılıq Mərkəzi yenidən quruldu. Bunlar hamısı Avropa Oyunlarından qalan yaxşı mirasdır. Bu gün də istifadə olunur. Dünyanın bir çox ölkələrindən idmançılar təlim-məşq toplanışları üçün ölkəmizə gəlirlər".

Nazir Azərbaycandakı idman obyektləri barədə danışıb:

"Avropa Gimnastikasının prezidenti kimi deyə bilərəm ki, dünyada Milli Gimnastika Arenası kimi bir kompleks tanımıram. Atıcılıq üzrə dünya çempionatı keçirildi. Beynəlxalq federasiyanın prezidenti gəlmişdi. O dedi ki, dünyada cəmi 6-7 belə kompleks var. Həmçinin Bakı Su İdmanı Sarayı da möhtəşəmdir. Bu, idmanın inkişafı üçün böyük dəstəkdir. Gəncədə yeni stadion tikilir. Artıq idman kompleksi istifadəyə verilib. Regionda ən böyük olimpiya komplekslərindən biridir. Yevlaxda yeni idman kompleksi inşa olunacaq. Düşünürəm ki, təşkiltçılar üçün heç də asan oyunlar deyil. Çətinliklərimiz var, onları üstələyəcəyik. Təkcə MDB deyil, dəvət olunmuş başqa ölkələr də var. Ona görə də iştirakçıların sayı çoxdur. Onlar bir neçə məkanda yerləşdiriləcək. Düşünürəm ki, bu oyunlar regionda idmanın inkişafı üçün təkan olacaq. Növbəti ildə aerobika üzrə Avropa çempionatı keçiriləcək. Böyük yarışdır. Beynəlxalq yarışları daha çox rayonlarda keçirmək üçün şəraitimiz, otellərimiz var".

Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək.


734 oxunub

InvestAZ