XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov: "Düşünürəm ki, idman marketinqini gücləndirməliyik"
İdman 11:44 / 25.12.2024
Düşünürəm ki, özəl şirkətləri idmana daha çox cəlb etməliyik.

Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, bununla bağlı Vergilər Nazirliyi ilə mütəmadi görüşlər keçirdiklərini bildirib:

"Məncə, böyük, özəl şirkətlərin idmana yatırım etməsi üçün onlara hansısa güzəşt olmalıdır. Hazırda var. Bunun bir az dəyişməsini istərdik. Biz təklif veririk və bunu əsaslandırmalıyıq. Düşünürəm ki, özəl şirkətləri idmana daha çox cəlb etməliyik. Kütləvi tədbirlər təşkil edirik. Burada iştirakçılar çox olur. Bəzi tədbirlərimizə özəl sponsorlar gəlmək istəyir".

Nazir yarışlara az azarkeşlərin gəlməsinə də toxunub:

"Özümüz də çalışmalıyıq. Bizdə idman marketinqi yaxşı işləmir. Tədbirlər keçirəndə tamaşaçıların sayı az olur. Təəssüflər olsun ki, gəlmirlər. Dünya və Avropa çempionatı keçirilir, dünya ulduzları gəlir, amma biz fanatları görmürük. Bəzi ölkələrdə belə turnirlərə ailə üzvləri ilə birlikdə gəlirlər. Bu ənənənin ölkəmizdə də olmasını istəyirik. Ən yaxşı misal futboldur. "Qarabağ"ın avrokubok matçlarında stadion dolu olur. Amma çempionat matçlarına insanlar gəlmirlər. Deməli, onları düzgün dəvət etmirik. Bizdə də günah var. İnsanları dəvət etməyi bacarmalıyıq. Düşünürəm ki, idman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, xaricdən dəvət etməliyik".

16763 oxunub

InvestAZ