XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov: "Federasiyalar inkişaf etməli, klubların sayı artmalıdır"
İdman 11:30 / 25.12.2024

Ağır çəkidə idmançı yetirdirmək üçün seleksiya işləri aparılmalı, federasiyalar regionlarda çalışmalı və klubların sayı artmalıdır. 

Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, döyüş növlərində ağır çəkidə olan problemlər barədə danışıb:

"Federasiyalar bildirirlər ki, ağır çəkilərlə bağlı problemlər var. Yəni idmançı yetişmir. Onlar belə deyir, biz fərqli fikirlər səsləndiririk. Seleksiya işləri aparılmalı, federasiyalar inkişaf etməlidirlər. Regionlarda çalışmaq lazımdır, klubların sayı artmalıdır".

F.Qayıbov mütəxəssis çatışmazlığının olduğunu da söyləyib:

"Bunun üçün bir çox işlər görülür. Hamımız istəyirik ki, tez olsun, amma mümkün deyil. Bir məşqçinin yetişməsi üçün illər lazımdır. İdman akademiyamız var, orada bəzi dəyişikliklər etməyə çalışırıq. Bu səbəbdə xaricdən mütəxəssislər dəvət edirik. Hər şey sürətlə inkişaf edir, sistem fərqlidir. Düşünürəm ki, daha çox mütəxəssislər yetişdirməliyik. Rəqabətin artması üçün yerli məşqçilərin sayı da çox olmalıdır. Bu zaman legioner gətirsələr də, bizimkilər daha üstün olacaq".


16011 oxunub

InvestAZ